Niderland I Divizionunda XXXII turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Kambur"u qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. O, 45+4-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb
32 turdan sonra 38 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.