
Avropa Liqasının finalında çıxış edən Ukraynanın "Dnepr" klubu tarixə düşüb.. Sportnet.az-ın məlumatına görə, klub mövsüm ərzində UEFA Kuboku-Avropa Liqası tarixində ən çox sarı vərəqə alan komanda olaraq rekorda imza atıb.
"Sevilya" ilə oyundan sonra "Dnepr"in aktivində 54 sarı vərəqə qeydə alınıb. Buna kimi isə bu rekord 2004/05 mövsümündə 52 sarı vərəqə alan İtaliyanın "Parma" klubuna məxsus idi.
Qeyd edək ki, Avropa Liqasının finalında 3:2 hesabı ilə qalib gələn İspaniyanın "Sevilya" klubu turnirin qalibi olub.