
Türkiyə millisinin daha bir futbolçusu Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq.
Sportnet.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün İtaliya ilə yoldaşlıq oyununda (0:0) zədələnən Ozan Kabak turnirdə iştirak etməyəcək.
24 yaşlı müdafiəçinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.
Qeyd edək ki, daha əvvəl hücumçu Enes Ünal və digər müdafiəçi Çağlar Söyüncünün də eyni səbəbdən AVRO-2024-dən kənarda qalacağı bəlli olub. Avropa çempionatı 14 iyun - 14 iyul aralığından baş tutacaq.