"Turnirə hazırlıqsız başlamışdıq".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanda "Fehervar"la qolsuz heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında bildirib.
Mütəxəssis artıq Azərbaycan çempionatına köklənəcəklərini bildirib: "Futbolçularıma təşəkkür edirəm. Ağır matçda qələbə qazana bilmədik. Böyük ümidlərlə gəlmişdik. Turnirə hazırlıqsız başlamışdıq. İsa Sulimanın zədələnməsi, Murad Xaçayevin cəzalı olması bizi pis vəziyyətdə qoydu. Düşünürəm ki, futbolçular bacardıqlarını etdilər. Artıq çempionata köklənəcəyik".
Qeyd edək ki, qarşılaşma qolsuz yekunlaşıb. İki oyunun nəticəsinə (2:1, 0:0) görə, "Sumqayıt" Konfrans Liqasında mübarizəni dayandırıb.