
Qələbə münasibətilə rəqibi təbrik edirəm. Düşünürdüm ki, geri dönüş edə biləcəyik, lakin alınmadı.
Sportnet.az xəbər verir ki, bu sözləri İsrailin "Makkabi" ( Hayfa) komandasının baş məşqçisi Barak Baxar UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Sabah"a penaltilər seriyasında (2:3) məğlub olaraq mübarizəni dayandırdıqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, nəticəyə görə məyus olduğunu bildirib: "Bakıya çox ümidli gəlmişdik. Futbolçularım sonadək mübarizə apardılar. Mənəvi cəhətdən alınmadı. "Sabah" çox ciddi komandadır".