"Turan Tovuz"un futbolçusu Otto Conun forma nömrəsində yanlışlığa yol verilib.
Sportnet.az-ın məlumatına görə, nigeriyalı hücumçu səfərdə "Neftçi" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının ilk tur matçına arxasında "Oto Con" yazılmış formada çıxıb.
Beləliklə, 26 yaşlı forvardın adındakı "t" hərflərindən biri unudulub. Bunun "atacan" adına uyğunlaşdırılmaq üçün bilərəkdən edildiyi, yoxsa texniki yanlışlıq olduğu məlum deyil.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.
HƏŞİM