Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
Sportnet.az xəbər verir ki, Abdullayev Türkiyənin İstanbul şəhərində təşkil olunan “Vendetta Fight” turniri çərçivəsində rinqə çıxıb. 77 kq çəki dərəcəsində çıxış edən döyüşçü “Ülker Spor Arena”sında qüvvəsini sınayıb. O, albaniyalı Şkodran Veselı ilə üz-üzə gəlib. İlk raunddan təşəbbüsü ələ alan Abdullayev rəqibinə güclü zərbələr endirib. Üç raundluq döyüşün son hissəsində azərbaycanlı kikboksçunun hücumları qarşısıalınmaz olub. Belə zərbələrdən birindən sonra nokdauna düşən albaniyalı döyüşü davam etdirə bilməyib.
Beləliklə, Abdullayev İstanbuldakı döyüşdə növbəti qələbəsini qazanıb.