1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVF-dən qalmaqallı bəyanat
Azərbaycanın kişilərdən ibarət yığma komandasına Azərbaycan Voleybol Federasiyası tərəfindən diqqət göstərilməməsi həqiqətə uyğun deyil. Bu barədə federasiyasının mətbuat xidmətindən Sportnet.az-a daxil olan bəyanatda deyilir.
Bildirilir ki, artıq neçə ildir kişilərdən ibarət milli komanda federasiyanın idman zalında məşq prosesini keçirir və zalda komanda üçün lazımı şərait yaradılıb. Hər bir oyunçu və məşqçi heyəti aylıq əmək haqqı ilə təmin olunur. Ancaq görülən bu işlər federasiyanın öhdəliyində olmadığı qeyd olunub.
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci maddəsinə əsasən Azərbaycan Voleybol Federasiyasının vəzifəsi müvafiq idman növü üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi sistemini təkmilləşdirmək, ölkə ərazisində idman növü üzrə çempionatları, birincilikləri, kubok yarışlarını və digər respublika, həmçinin beynəlxalq idman yarışlarını təşkil etmək və keçirməkdir.
Həmin Qanunun 12.1-ci maddəsinə əsasən təlim-məşq, yarış, bədən tərbiyəsi-sağlamlıq fəaliyyətini həyata keçirən təşkilat idman klubudur və oyunçuların qarşılaşdıqları, o cümlədən maliyyə məsələləri idman klubları tərəfindən həll edilir.
Həmin Qanunun 45.1-ci maddəsinə əsasən idmançı müqavilədə göstərilən müddət başa çatdıqda bir idman təşkilatından digərinə (eyni zamanda xarici) keçmək hüququna malikdir".
Qeyd edək ki, bir müddət əvvəl kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvləri əmək haqqı almadıqlarını, məşqlə bağlı çətinliklərin olduğunu və yarışlara gedə bilmədiklərini açıqlayıb.