"Zirə”yə qarşı matç bizim üçün çox çətin keçdi. Çünki neçə oyundu ki, qələbə qazana bilmirdik. Bu uğursuzluğa elə "Zirə” ilə matçda son qoymaq istəyirdik. Şadam ki, əziyyətimiz boşa getmədi”. Bu sözləri Sportnet.az-a açıqlamasında "Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyev deyib.
Gəncə təmsilçisinin aparıcı üzvü "Zirə” üzərindəki qələbə ilə "qara zolaq”dan çıxdıqlarını deyib: "Bizə hava-su kimi lazım olan üç xalı qazanmağı bacardıq. Məncə, artıq "qara zolaq”dan çıxmışıq. Çünki arıdıcl dörd məğlubiyyətdən sonra elə son dörd oyundu ki, məğlub olmamışıq. "Kəpəz” artıq özünə gəlib. Ardıcıl dörd oyunu da evdə oynamağımız bizim üçün müsbət amildi. Azarkeşlərimiz qarşısında oynamaq bizə güc verir”.