- Ümumlikdə komandanın oyunundan razı qaldım. Çatışmyan tək şey qol vəziyyətlərini reallaşdıra bilməməyimizdir. Ona görə nəticə bizi qane etmir.
- "Qarabağ"ın "Zirə" ilə görüşdə xal itirəcəyinə inanırsınız?
- İndiki vəziyyətdə bu barədə düşünmürəm. Bizə vacib olan "Qarabağ"la öz oyunumuz haqda fikirləşməkdir.
- "Qəbələ" son turlarda xal itirdi. Bəlkə komandanız çempionluğa hazır deyil?
- İrəlidə 5 oyun var, bu, 15 xal deməkdir. Çempionatın sonunda bu sualı cavablandıra bilərəm.
- Bəzən Ukrayna mətbuatında sizin adınız hanısısa klubla yanaşı hallanır. Bu isə söhbətlərə yol açır ki, "Qəbələ" çətinə düşən kimi məqsədli şəkildə belə xəbərlər çıxır...
- Bu mövzuda danışmaq istəmirəm. Başa düşə bilmirəm, bu necə ola bilər. Heç bir fikrim yoxdur. Şərh verməyəcəyəm.