
Trek velosipedi üzrə Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astanada daha bir medal əldə edib.
Azərbaycan Velosiped Federasiyasından Sportnet-az verilən məlumata görə, bu ölkənin Açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.
2009-2010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçi omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakşı arasında ümumi təsnifatda 3-cü olub və bürünc medala layiq görülüb.