1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında ilk
Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə dünya çempionatı keçirilib. Sportnet.az-ın məlumatına görə, 34 ölkədən iştirakçıların qatıldığı çempionatda Azərbaycan təmsilçiləri Svetlana Makştaryova, Veronika Zemlyanaya, Oleq Piunov, İlya Qrişunin və Ruslan Ağamirov da yer alıb.
Ölkədə 2013-cü ildən inkişaf etdirilən bu idman növü üzrə gimnastlar artıq 4-cü dəfədir ki, mundialda qüvvələrini sınayıblar. Makştaryova və Zemlyanayadan ibarət qadın cütlük sinxron proqramda ilkə imza ataraq, finala qədər yüksəlməyi bacarıb. Onlar həlledici mərhələdə yarışları 7-ci yerdə başa vurublar. Makştaryova, həmçinin fərdi proqram üzrə də 60 ölkənin iştirakçısı arasından yarımfinala yüksəlib və bu mərhələdə 17-ci yerlə kifayətlənib.
Bu yarış ölkə üçün daha bir hadisə ilə əlamətdar olub. Batut gimnastikası üzrə dünya çempionatında ilk dəfə Azərbaycan təmsilçisi Kamil Quliyev hakimlik edib.
Çempionatın ardınca Sofiya şəhəri növbəti mötəbər turnirə - dünya yaş qrupu yarışlarına ev sahibliyi etməyə hazırlaşır. 16 - 19 noyabrda keçiriləcək yarışda Azərbaycanı batut və tamblinq növlərində Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Zeynəb Qasımlı və Selcan Maqsudova təmsil edəcəklər.
Qeyd edək ki, 12 - 15 aprel 2018-ci ildə batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Bakıda təşkil olunacaq.