
Azərbaycan milli komandasının heyətinə 6 yeni gimnast cəlb olunub. Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Gimnastika Federasiyası (FİG) İcraiyyə Komtəsinin Küveytdə keçirilmiş iclasında qərar çıxarılıb.
FİG-in rəsmi saytında bildirilir ki, İcraiyyə Komitəsinin qərarına əsasən, bədii gimnastlar Darya Farşbafşəhriyari, Natalya Quliyeva, Narın Qurbanova, İlya Qrişunin, Pyotr Paxnyuk və Svetlana Makştarova bundan sonra ölkəmizi təmsil edəcəklər. Farşbafşəhriyari, Quliyeva və Qurbanova bədii gimnastika, Qrişunin və Makştarova batut, Paxnyuk isə idman gimnastikası növündə çıxış edəcəklər.
Qeyd edək ki, Darya Farşbafşəhriyari və Pyotr Paxnyuk Ukraynada, Narın Qurbanova və İlya Qrişunin Rusiyada, Natalya Quliyeva Moldova, Svetlana Makştarova isə Belarusda doğulublar.