1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya Kubokunda 3 medal
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Portuqaliyanın Portiman şəhərindəki "Challenge" seriyalı Dünya Kubokunda 3 medal qazanıb.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət "5-lik" ilk olaraq, çoxnövçülükdə fərqlənib. Onlar iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər.
Bu komanda iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin edib. Həlledici mərhələdə "5-liy"in halqalarla nümayiş etdirdiyi kompozisiya gümüş medalla mükafatlandırılıb.
Top və iplərlə final proqramında isə onlar qızıl medala yiyələnərək, Azərbaycan himnini Portuqaliyada səsləndiriblər.