Çinin Nannin şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Çempionatının çoxnövçülük üzrə final yarışlarında millimiz uğura imza atıb. Sportnet.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi verdiyi məlumata görə, Azərbaycan gimnastı Petr Paxnyuk gimnastika tariximizdə ilklə yadda qalıb.
Dünyanın ən güclü 23 gimnastı arasında öz bacarıqlarını nümayiş etdirən idmançımız, 15-ci yerdə qərarlaşmaqla, ölkəmizin idman gimnastikası tarixində yeni səhifə açdı. Çoxnövçülük üzrə 6 növdə çıxış edən Paxnyuk 87.039 xal (sərbəst hərəkətlər - 14.433, dəstəli at üzərində - 14.366, halqalarda - 13.966, dayaqla tullanma - 14.966, paralel qollarda - 15.375, turnikdə - 13.933) topladı. O, milli komandadan ən nüfuzlu olimpiya idman növünün finalına çıxan yeganə idmançı oldu.

Bu Azərbaycanın idman gimnastikası tarixində ən yüksək göstərici oldu, belə ki, bu günə qədər heç bir idman gimnastımız Dünya Çempionatının çoxnövçülük üzrə finalına çıxmağa müvəffəq olmayıb.
Qeyd edək ki, DÇ 5 qat dünya çempionu - rekord əldə edən yaponiyalı gimnast Koxei Utimuranın qələbəsi ilə yekunlaşıb. Utimura 6 növ üzrə ümumi 91.965 xal toplayaraq, fərdi çoxnövçülükdə birinci olub. İkinci yerdə Britaniyalı Maks Uitlok (90.473), üçüncü yerdə isə digər yapon - Yusuke Tanaka (90.449) qərarlaşıb.