Azərbaycanın idman gimnastı Səməd Məmmədli Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, atlet dəstəli atla hərəkətdə 13. 600 xal toplayaraq buna nail olub. O, sərbəst hərəkətlərdə isə 13,733 xalla 6-cı yeri tutub.
Qeyd edək ki, bu, Azərbaycanın gimnastika növündə EYOF tarixində qazandığı ilk medaldır.