Azərbaycanın idman gimnastı Mariya Nekrasova Bakıda keçirilən və final mərhələləri koronavirusa görə baş tutmayan Dünya Kubokunda bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, idmançı təsnifat yarışında dayaqla tullanmada üçüncü yeri tutub.
Beynəlxalq Gimnastika Federasiyası Dünya Kubokunda seçmə mərhələnin nəticələrinin yekun hesab olunması barədə qərar çıxarıb.
Qeyd edək ki, martın 12-də başlayan Dünya Kuboku ertəsi gün koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 martda final mərhələləri keçirilməli idi.