Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda təsnifat mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, qrup hərəkətlərində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət Azərbaycan komandası uğurlu çıxış edib.
3 halqa və 2 cüt gürzlə hərəkətlərdə 38.850 xal toplayan kollektiv finala vəsiqə qazanıb.
Qeyd edək ki, final görüşləri sabah olacaq. Zöhrə Ağamirova lentlə, Azərbaycan komandası isə 5 top, həmçinin 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə medal qazanmağa çalışacaq.
------------------------------------------------
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, idmançı lentlə hərəkətlərdə təsnifat mərhələsini 21.275 xalla altıncı yerdə başa vurub.
Ağamirova gürzlərlə 23.00 xal yığıb və 17-ci ola bilib.
Arzu Cəlilova lentlə 38-ci (17,550 xal), gürzlərlə (21,650 xal) 29-cu yeri tutub.
Qeyd edək ki, finala vəsiqəni ilk "8-liy"ə düşənlər qazanırlar. Daha əvvəl qrup hərəkətləri üzrə komanda 5 topla hərəkətlərdə həlledici mərhələyə yüksəlib.
--------------------------------------------------
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları təsnifat mərhələsindəki çıxışlarını başa vurublar.
Sportnet.az-ın məlumatına görə, Zöhrə Ağamirova lentlə hərəkətlərdə 21,275 xal toplayıb.
Ağamirova bu hərəkətdə hazırda 2-ci sıradadır. Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 17,550 xalla 17-cidir.
--------------------------------------------------
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları növbəti çıxışlarını başa vurublar.
Sportnet.az-ın məlumatına görə, Zöhrə Ağamirova gürzlərlə çıxışında 23.00 xal toplayıb. Ağamirova bu hərəkətdə hazırda 10-cu sıradadır.
Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 21,650 xal toplaya bilib. Cəlilova hazırda 17-ci pillədə qərarlaşıb.
Onlar müvafiq olaraq saat 14:57-də və saat 15:03-də yenidən lentlə hərəkətlərdə qüvvələrini sınayacaqlar.
Saat 18:00-dan isə qrup hərəkətləri proqramında 3 halqa və 2 cüt gürzlə təsnifat yarışı başlayacaq. Azərbaycanı Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə təmsil edəcək.
Qeyd edək ki, Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edir. Azərbaycan yığması yarışın ilk günündə 5 topla hərəkətlərdə 43 xal toplayıb və finala vəsiqə qazanıb.
Həm fərdi, həm də komanda yarışlarında finallar mayın 9-da olacaq.