Milli Gimnastika Arenasında Göyçay və İsmayıllı Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilir.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) Sportnet.az-a verilən məlumata görə, dekabrın 24-dək davam edəcək məşqlərin məqsədi bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.
Qeyd edək ki, İsmayıllı Olimpiya İdman Kompleksində 2015-ci ildən, Göyçay Olimpiya İdman Kompleksində isə 2017-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.
Bölgələlərdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edirlər.