Azərbaycan Gimnastika Federasiyasının (AGF) təşkilatçılığı ilə yeni il şousu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Milli Gimnastika Arenasındakı "Soyuq ürək" adlı tədbirdə yığma komandaların üzvləri bacarıqlarını göstəriblər.
Proqramları AGF-in vitse-prezidenti Altay Həsənov, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da izləyiblər.