Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq turnirdə daha iki gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı kollektiv 5 top və 5 iplə hərəkətlərin icrasına görə ikinci yerə layiq görülüb.
Qeyd edək ki, bu, qrup hərəkətləri komandasının sözügedən tunirdə sayca 3-cü gümüş medalıdır. Komandamız ötən gün də 1 gümüş medala yiyələnib.