
İkinci Qarabağ müharibəsində Azərbaycanın 478 idmançısı döyüşüb.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev açıqlama verib. O bildirib ki, 478 idmançıdan 54-ü şəhid olub, 51-i yaralanıb, 2-si itkin düşüb.
Bundan başqa, 3 idman jurnalisti müharibədə iştirak edib və onlardan 1-i yaralanıb.
Şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza isə şəfa arzulayırıq.