1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İspaniya millisi üçqat Avropa çempionu oldu
Fransada kişi basketbolçular arasında keçirilmiş Avropa çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, finalda İspaniya və Litva yığmaları üz-üzə gəlib.
Görüş İspaniyanın qələbəsi ilə yekunlaşıb - 80:63. Ən məhsuldar oyunçu qalib komandada yer alan Pau Qazol olub. 25 xal yığan 35 yaşlı Qazol həm də ən qiymətli oyunçu sayılıb.
Qeyd edək ki, bu, İspaniya millisinin 3-cü Avropa çempionluğu olub. Əvvəlki çempionluqlar 2009 və 2011-ci illərdə qazanılıb. Litva yığması ardıcıl 2-ci dəfə finalda yenilib. Amma hər iki komanda 2016-cı il Rio-de-Janeyro Yay Olimppiya Oyunlarına lisenziya qazanıb. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə Serbiyanı 86:81 hesabı ilə yenən Fransa qazanıb.
Avropa çempionatı, final
İspaniya - Litva - 80:63 (19:8, 22:25, 19:10, 20:20)