İdman Araşdırmalar Mərkəzinin
təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın
sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına
görə, bu gün 1/4 finalın son iştirakçıları məlum olacaq.
Əgər qarşılaşan rəqiblər
verəcəkləri proqnozda eyni xalı toplasalar, qalib "qızıl xal” prinsipi ilə
müəyyən ediləcək. "Qızıl xal” - iştirakçıların qrup mərhələsində topladığı
xallardır. Hansı iştirakçı qrupda rəqibinə nisbətən, daha çox xal toplayıbsa, o
da üstünlük əldə edəcək.
Qeyd edək ki, 1/8 finalda iştirakçı düzgün müəyyən edilmiş (bura yalnız əsas vaxt daxildir) nəticəyə görə 10, düzgün müəyyən edilmiş qalibə görə 3 xal, düzgün müəyyən edilmiş top fərqinə görə (qalibi düzgün müəyyən etmək şərti ilə) 5 xal əldə edəcək.
01 iyul
21:00. 1/8 final. Argentina
- İsveçrə
Oqtay Abdullayev (8) (futbol veteranı) – 2:1
İlkin Fikrətoğlu (2) (jurnalist) – 2:0
02 iyul
01:00. 1/8 final. Belçika - ABŞ
Fariz Yusifov (4) (hakim) – 0:1
Ağabala Ramazanov (2) (futbolçu) – 0:0