İdman Araşdırmalar Mərkəzinin
təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və Kolizey İnşaatın
sponsorluğu ilə FUTPROQNOZ yarışması həlledici mərhələyə qədəm qoyur. Sportnet.az-ın məlumatına görə, bu gecə yarışmanınqalibi
müəyyən olunacaq.
Əgər qarşılaşan rəqiblər verəcəkləri proqnozda eyni xalı toplasalar,
qalib "qızıl xal” prinsipi ilə müəyyən ediləcək. "Qızıl xal” - iştirakçıların qrup mərhələsində, 1/8, 1/4 və yarımfinalda topladığı xallardır. Hansı iştirakçı rəqibinə
nisbətən, daha çox xal toplayıbsa, o da üstünlük əldə edəcək.
Qeyd edək ki, 1-ci yer uğrunda görüşdə iştirakçı düzgün müəyyən edilmiş (bura yalnız əsas vaxt daxildir) nəticəyə görə 200, düzgün müəyyən edilmiş qalibə 80, düzgün müəyyən edilmiş top fərqinə görə (qalibi düzgün müəyyən etmək şərti ilə) 140 xal əldə edəcək.
Əliyar Ağayev (hakim) (54) -1:0
Ağabala Ramazanov (futbolçu) (102) – 2:0