İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və Kolizey İnşaatın sponsorluğu ilə FUTPROQNOZ yarışması başa çatıb. Sportnet.az-ın məlumatına görə, qalib adını "Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanov qazanıb.
Həlledici görüşdə o, FİFA referisi Əliyar Ağayevlə qarşılaşıb. Tərəflərdən heç biri DÇ-2014-ün finalında qarşılaşan Almaniya və Argentina yığmalarının oyununun əsas vaxtının heç-heçə bitəcəyini düzgün müəyyənləşdirə bilməyib.
Qaydalara əsasən qüvvəyə "qızıl xal" prinsipi minib. "Qızıl xal" iştirakçıların qrup, 1/8, 1/4 və yarımfinal mərhələlərində topladıqları xallardır. Bu göstəricidə FİFA referisini qabaqlayan Ramazanov ilk FUTPROQNOZ yarışmasında çempion olub.
Qeyd edək ki, 3-cü yerin sahibi Tahir Hümmətov olub. O, "bürünc medal" uğrunda görüşdə Rüstəm Rəhimova qalib gəlib.
Əliyar Ağayev (hakim) (54) - 1:0
Ağabala Ramazanov (futbolçu) (102) – 2:0