
O, kişi həmkarlarından Arzu Rzayev və Tacir Şahmalıoğluna arıqlamağı məsləhət görüb: "Rzayevin arıqlamasını çox istərdim. Bugünlərdə Şahmalıoğlunu gördüm. çox kökəlib. Hədsiz dərəcədə! Qarnı özündən qabağa gedir. Onu görəndə özüm yadıma düşdü. Çox istərdim ki, arıqlasın".
Nazim qadın müğənnilərimizdən isə Almaz Ələsgərlinin arıqlamasını münasib görüb: "Almaz xanımı çox sevirəm. Həm ifasını, həm də bir insan kimi. Həyatda da onunla dostuq. Ələsgərlinin gözəlliyi elə çəkisindədir. Amma arıqlasa, pis olmaz".
Faytonçu Nazim özünün hazırda 90 kq-dək çəkiyə malik olduğunu bildirərək, indi də idman etdiyini vurğulayıb.