Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov Çempionlar Liqası və Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına çıxacaq "Qarabağ" və "Neftçi"nin şanslarını dəyərləndirib. Hüseynov Sportnet.az-a açıqlamasında hər iki komandamızın mərhələ keçəcəyinə inandığını deyib.
O, Ağdam komandasındakı itkilərin təsirsiz ötüşməyəcəyini bildirib: "Arzu edirəm ki, hər iki komandamız etapı keçsin. Onların şansları var. İlk oyunda "Qarabağ” qələbə qazandı və inanıram ki, səfər oyununda da ağdamlılar əzmkar oyun nümayiş etdirəcəklər. Düzdür, Reynaldo ilə Admir Telinin yoxluğu az da olsa, təsirsiz ötüşməyəcək. Amma "Qarabağ"ın heyətində onları əvəz edəcək futbolçular var. Rəşad Sadıov da sağalıb və meydanda olacaq. İnşallah səfər oyunundan qalibiyyətlə qayıdıb, bizi sevindirərlər".
"Neftçi”yə gəlincə, Hüseynov deyib: "Bu komandanın Bakıda qalib gələcəyini gözləyirdik. Əfsuslar olsun ki, alınmadı. Amma imkanları çox oldu. Sadəcə, ələ düşən fürsətlərən istifadə edə bilmədilər. "Neftçi”nin hücum xəttində problemlər var. Onlara mütləq hücumçu lazımdır. Mənə elə gəlir ki, "Neftçi” səfər oyununda qalib gələcək”.

Qeyd edək ki, "Zaslburq” -"Qarabağ” matçı avqustun 6-sı Bakı vaxtı ilə 23:30-da, "Çixura” - "Neftçi” görüşü isə ayın 7-si 22:00-da keçiriləcək.