
Sportnet.az qısa müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra maraqlı layihələri ilə oxucuların görüşünə gəlib. "Kolizey İnşaat"ın baş sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə birgə həyata keçirilən, DÇ-2014-ə həsr olunmuş "FUTPROQNOZ" yarışması, tanınmış imzaların yazıları, təhlillər və araşdırmalardan sonra daha bir yeniliyə imza atdıq.
Bu gündən Tovuzun "Turan" klubunun sabiq baş məşqçisi Naci Şensoy Sportnet.az-da köşə yazıları ilə çıxış edəcək. Tanınmış mütəxəssisin ilk yazısı "Neftçi" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə şansları barədədir.
Yazı az sonra Sportnet.az-da dərc olunacaq.
Bizi izləyin!