1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İdman Araşdırmalar Mərkəzi yeni layihəyə start verdi
Bu gün İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə "Çempion" layihəsinə start verilib. Çempionlar Liqasının "pley-off" mərhələsinin startı münasibətilə başlanan yarışmaya 16 iştirakçı qatılıb.
Püşkatma mərasiminə qatılan iştirakçılar arasında jurnalistlər, futbol funksionerləri, hakimlər və veteran futbolçular yer alıb.
İlk oyun gününün püşkünə əsasən, Ukrayna "Şaxtyor"u "Report"un əməkdaşı Rövşən Əhlimanoğluna, Almaniya "Bavariya"sı Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayevə, Fransa PSJ-si ATV-nin əməkdaşı Sənan Şəfizadəyə, İngiltərənin "Çelsi" klubu isə "Futbol+" qəzetinin əməkdaşı Tahir Məmmədova qismət olub.
Püşkatma zamanı maraqlı məqam yaşanıb. Tədbir günü 50 yaşı tamamlanan əfsanəvi futbolçu Nazim Süleymanova İspaniya "Real Madrid"i qismət olub. Bu vaxt Süleymanov zarafatla "Mənə elə gəlir ki, bu komandanı qəsdən bəxtimə çıxarmısız. Çünki vaxtilə "Real Madrid"ə keçmə variantımın olduğunu bilirdiniz" deyib.
Rövşən Əhlimanoğlu ("Report")
"Şaxtyor" (Ukrayna) - "Bavariya" (Almaniya) - 0:2
Oqtay Abdullayev (FVİ sədri)
"Şaxtyor" (Ukrayna) - "Bavariya" (Almaniya) - 0:2
Tahir Məmmədov ("Futbol+")
PSJ (Fransa) - "Çelsi" (İngiltərə) - 1:0
Sənan Şəfizadə (ATV)
PSJ (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2