
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında 1/4 finalçılar müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, martın 20-də keçiriləcək püşkatmadan sonra cütlüklərə aydınlıq gələcək.
"Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov və ANS TV-nin əməkdaşı Vüsal Süleymanov ilk 1/4 finalçılar olub. Cavab görüşlərində xal qazana bilməyən yarışçılar ilk görüşlərdəki üstünlükləri sayəsində buna nail olublar.
Mərhələyə adlayan digər iştirakçılar isə Futbol Veteranlar Birliyinin (FVİ) sədri Oqtay Abdullayev və ATV-nin əməkdaşı Sənan Şəfizadədir. Onlar heç bir oyunda hesabı və top fərqini düzgün proqnozlaşdıra bilməyiblər və vurulan qol sayı baxımından ən yaxın proqnozlara əsasən 1/4 final mərhələsində iştirak hüququ qazanıblar.
Qafqazinfo.az-ın əməkdaşı Elsevər Məmmədov və Fanat.az-dan Ceyhun Əliyev "Çempion"da yoluna davam edənlər siyahısındadır. Heç bir oyunda xal qazanmayan tərəflər əlavə göstəricilərə əsasən, mərhələ keçiblər.
1/4 finalın sonuncu iştirakçılarının adlarına dünən gecə keçirilən 2 oyundan sonra aydınlıq gəlib. Bunlar FİFA referisi Əliyar Ağayev və "Qəbələ" qəzetinin əməkdaşı Mehman Süleymanovdur. Cavab görüşündə xal qazana bilməyən hər iki iştirakçı ilk oyundakı nəticələrə əsasən, yarışmada yoluna davam edəcək.
Cavab görüşləri
Əliyar Ağayev (FİFA referisi) - 0 xal
"Borussiya" (Dortmund, Almaniya) - "Yuventus" (İtaliya) - 2:0
Ramil Cahangirov ("Xəzər Lənkəran") - 0 xal
"Borussiya" - "Yuventus" - 3:1
Cavab oyunu: "Borussiya" - "Yuventus" - 0:3
Səbuhi Musayev (Sport7.az) - 0 xal
"Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1
Mehman Süleymanov ("Qəbələ" qəzeti) - 0 xal
"Barselona" - "Mançester Siti" - 2:0
Cavab oyunu: "Barselona" - "Mançester Siti" - 1:0
İlk oyunun nəticələri
Əliyar Ağayev - Top fərqini düzgün tapdığı üçün 1 xal qazanıb
"Yuventus" - "Borussiya" - 1:0
Ramil Cahangirov - 0 xal
"Yuventus" - "Borussiya" - 1:1
İlk oyun: "Yuventus" - "Borussiya" - 2:1
Mehman Süleymanov - Hesabı düzgün tapdığı üçün 3 xal qazanıb
"Mançester Siti" - "Barselona" - 1:2
Səbuhi Musayev - 0 xal
"Mançester Siti" - "Barselona" - 1:3
İlk oyun: "Mançester Siti" - "Barselona" - 1:2
Püşkatma iştirakçıları:
Yaşar Seyidov |
Real Madrid |
Vüsal Süleymanov |
Portu |
Sənan Şəfizadə |
PSJ |
Oqtay Abdullayev |
Bavariya |
Elsevər Məmmədov |
Monako |
Ceyhun Əliyev |
Atletiko Madrid |
Əliyar Ağayev |
Yuventus |
Mehman
Süleymanov |
Barselona |