"Aktyor olduğuma görə peşmanam. Axı, mən aktyorluq sənətini oxumamışam, cüdoçu olmuşam! Gənclər arasında Azərbaycan çempionu olmuşam! Elçin İsmaylov, Mehman Əzizov kimi idmançılarla birgə məşq etmişəm". Sportnet.az-ın məlumatına görə, bunu atv.az-a açıqlamasında "Bozbash Pictures"in "Şöşü"sü Ramil Babayev deyib.
O bildirib ki, cüdo məşqlərini davam etdirsəydi, bəlkə də indi olimpiya çempionu olardı: "Məni o zaman tanıyanlar bilir ki, necə güclü güləşçi idim! Maddi durumum pis olduğundan, idmanı atmağa məcbur oldum. Axı gündə üc dəfə məşqlər olurdu, mən isə buna heç yol pulu çatdırmırdım. İndi cüdonu atdığıma görə çox peşmanam".
Bununla yanaşı, Babayev deyib ki, cüdoçu olsaydı, nə gözəl montaj ustası, nə də xalqın sevimli personajı kimi tanınmayacaydı: "Buna da şükür! Mən heç zaman naşükürlük etmirəm. Sadəcə, idmamçı kimi fəaliyyətimi dayandırmağıma peşmanam".