İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında 1|4 final həyəcanı başlanır. Sportnet.az-ın məlumatına görə, bu gün keçiriləcək 2 qarşılaşmada futbol ictimaiyyətinin 4 nümayəndəsi üz-üzə gələcək.
Püşkə əsasən, "Real Madrid"i təmsil edən "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov yarımfinala çıxmaq üçün "Ateltiko Madrid"lə mübarizə aparan Fanat.az saytının əməkdaşı Ceyhun Əliyevi turnirdən kənarlaşdırmalı olacaq. Amma Seyidov "kral klubu"nun yox, "Bakı"nın əməkdaşlıq etdiyi komandanın qələbə qazanacağını proqnozlaşdırıb. Həmkarımız isə görüşün heç-heçə ilə nəticələnəcəyini qeyd edib.
Digər qarşılaşmada isə "Yuventus"la yoluna davam edən FİFA referisi Əliyar Ağayev Qafqazinfo.az saytının əməkdaşı Elsevər Məmmədovla üz-üzə gələcək. "FUTPROQNOZ" yarışmasının finalçısı meydan sahiblərinin qələbəsini proqnozlaşdırdığı halda, İAM-ın yarışmasının debütantı "sülh"ə səs verib.
Əliyar Ağayev
"Yuventus" (İtaliya) - "Monako" (Fransa) - 2:0
Elsevər Məmmədov
"Yuventus" - "Monako" - 1:1
Ceyhun Əliyev
"Atletiko" (İspaniya) - "Real Madrid" (İspaniya) - 1:1
Yaşar Seyidov
"Atletiko" - "Real Madrid" - 2:1