1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bavariya"nın qələbəsinə inananlar...
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında bu gecə ilk 2 yarımfinalçı müəyyənləşəcək. Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsində ilk oyun gününün iştirakçılarından 3-ü jurnalistdir.
Portuqaliya "Portu"sunu təmsil edən ANS-çi Vüsal Süleymanov Almaniya "Bavariya"sının "nümayəndəsi", Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevlə yenidən üz-üzə gələcək. İlk görüşdən sonra hesabı və top fərqini düzgün təxmin etməyən tərəflər xalsız qalıblar. Lakin "Portu" qol vurduğu üçün üstünlük ANS-çiyə verilib.
Fransa PSJ-sinin təmsilçisi, ATV-nin əməkdaşı Sənan Şəfizadə isə İspaniya "Barselona"sının "Qəbələ" İK qəzetində çalışan "nümayəndə"si Mehman Süleymanova qarşı mübarizə aparıb. Digər oyunda olduğu kimi bu qarşılaşmada da iştirakçılar xalsız qalıb. Lakin Şəfizadə hesaba ən yaxın nəticəni təxmin etdiyi üçün cüzi üstünlük qazanıb.
Vüsal Süleymanov (ANS): "Bavariya" - "Portu" - 3:1
Oqtay Abdullayev (Futbol Veteranları İttifaqının sədri): "Bavariya" - "Portu" - 2:0
İlk oyun: 0:0 ("Portu" - "Bavariya" - 3:1)
Sənan Şəfizadə (ATV): "Barselona" - PSJ - 2:1
Mehman Süleymanov ("Qəbələ" İK): "Barselona" - PSJ - 2:0
İlk oyun - 0:0 (PSJ - "Barselona" - 1:3)
Qeyd edək ki, cüzi üstünlük cavab görüşlərində də iştirakçıların eyni xala malik olacaqları təqdirdə qüvvəyə minəcək.