
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında bu gecə növbəti 2 yarımfinalçının adına aydınlıq gələcək. Sportnet.az-ın məlumatına görə, bu cütlüklərdə 4 iştirakçıdan yalnız 1-i aktivinə xal yaza bilib.
Bu, "Fanat.az"ın əməkdaşı Ceyhun Əliyevdir. İspaniya "Atletiko"sunu təmsil edən Əliyev "Real Madrid" adı altında yarışan "Bakı" klubunu icraçı direktoru Yaşar Seyidovu məğlub edib - 1:0. O, matçın nəticəsini olmasa da, top fərqini düz tapdığı üçün mübarizədə üstün tərəfdir. Klub rəsmisi bu dəfə aktivinə xal yaza bilməsə, Əliyev çempionluq uğrunda yoluna davam edəcək.
İtaliya "Yuventus"unu təmsil edən FİFA referisi Əliyar Ağayevin Qafqazinfo.az saytındakı həmkarımız Elsevər Məmmədovla duelində isə xal qazanan olmayıb. Çünki hər iki tərəf nəticəni düz tapmayıb. Bununla belə, Ağayevin proqnozuna uyğun olaraq, "Yuventus" qalib gəldiyi üçün hakim əlavə göstərici üstünlüyü əldə edib. Bu dəfə də tərəflər xalsız qalarsa, FİFA referisi yarımfinala adlayan tərəf olacaq.
Çempion yarışması
1/4 final, ilk görüşlər
Elsevər Məmmədov (Qafqazinfo.az): "Monako" - "Yuventus" - 2:0
Əliyar Ağayev (FİFA referisi): "Monako" - "Yuventus" - 2:1
İlk oyun - 0:0 ("Yuventus" - "Monako" - 1:0)
Yaşar Seyidov ("Bakı"nın icraçı direktoru): "Real Madrid" - "Atletiko" - 1:1
Ceyhun Əliyev (Fanat.az): "Real Madrid" - "Atletiko" - 2:1
İlk oyun - 0:1 ("Atletiko" - "Real Madrid" - 0:0)