
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, rəqiblərdən heç biri qalibi düzgün müəyyənləşdirə bilməyib.
Dünən baş tutan "Yuventus" (İtaliya) - "Real Madrid" (İspaniya) matçına proqnoz verən FİFA referisi Əliyar Ağayev qonaqların qələbəsini proqnozlaşdırıb. Sportnet.az-ın əməkdaşı Ceyhun Əliyev isə qarşılaşmanın heç-heçə bitəcəyini söyləyib.
Məlum olduğu kimi, "Qoca Sinyora" 2:1 hesabı ilə qalib gəlib. Əliyevin proqnozu nəticəyə daha yaxın olduğu üçün o, mayın 13-də baş tutacaq təkrar oyun öncəsi hakim qarşısında cüzi üstünlük əldə edib.
Çempion yarışması
Yarımfinal, ilk görüş
"Yuventus" (İtaliya) - "Real Madrid" (İspaniya) 2:1
Əliyar Ağayev (FİFA referisi) - Ceyhun Əliyev (Sportnet.az) 0:0
Əliar Ağayev: "Yuventus" - "Real Madrid" 0:2
Ceyhun Əliyev: "Yuventus" - "Real Madrid" 1:1