
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında yarımfinal həyəcanı davam edir. Sportnet.az-ın məlumatına görə, bu gün keçiriləcək ikinci qarşılaşmada futbol ictimaiyyətinin 2 nümayəndəsi üz-üzə gələcək.
Püşkatmaya əsasən İspaniya "Barselona"sını "Qəbələ İK" qəzetindən olan həmkarımız Mehman Süleymanov, Almaniya "Bavariya"sını isə ANS-dən Vüsal Süleymanov təmsil edirlər. Hər iki həmkarımız ilk oyunda Kataloniya təmsilçisini daha şanslı sayıb. Lakin cüzi fərqlə də olsa, müxtəlif nəticələri proqnozlaşdırıblar.
Mehman Süleymanov ("Qəbələ İK" qəzeti)
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) 2:1
Vüsal Süleymanov (ANS TV)
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) 3:1