1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Uğurlu çıxış üçün əlimdən gələni edəcəm"
"Trek velosipedi daim hərəkətdə olan, bahalı idman növüdür. Əlimdən gələni edəcəyəm ki, Olimpiadada uğurlu çıxış edim”. Bunu Sportnez.az-a açıqlamasında Rio De Janeyro Yay Olimpiya Oyunlarında trek velosipedinin sprint və keyrin növlərində Azərbaycanı təmsil edəcək Olqa İsmayılova deyib.
O, Olimpiada təcrübəsinin olduğunu, bu səbəbdən yarışın onun üçün o qədər də çətin olmayacağını düşünür: "Mən 2012-ci ildə Olimpiya Oyunlarında Belarusu təmsil etmişəm. Yəni, olimpiada təcrübəm var. Nə ilk Oyunlarda, nə də indi hər hansı psixoloji gərginlik yaşamamışam. Belarus yığmasının heyətində dünya və Avropa çempionu da olmuşam”.
İdmançı iyulun əvvəli Polşada beynəlxalq turnirdə iştirak edəcəyini, bundan sonra Portuqaliyada müasir trekdə təlim-məşq toplanışına qatılacağını diqqətə çatdırıb.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.