1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahmud Qurbanov: "Neftçi"yə yeni nəfəs lazımdır" - MÜSAHİBƏ
Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanovun Sportnet.az-a müsahibəsi
- "Qarabağ”ın çempionluğunu ədalətli hesab edirsinizmi?
- Düşünürəm ki, cari mövsümdə qızıl medala ən layiqlisi "Qarabağ” idi. Qurban Qurbanovun komandası mövsüm ərzində ən sabit çıxış edən kollektiv idi. Həm oyun baxımından, həm vurduğu qollarla, həm də əldə etdiyi nəticələrlə Ağdam təmsilçisi azarkeşlərini sevindirməyi bacardı.
- Sizcə, "Qarabağ” nəyin hesabına rəqiblərini qabaqlaya bildi?
- İlk növbədə, düzgün oyunçu seçimini qabartmaq istərdim. Həm braziliyalı "trio"nun əla anlaşması, həm də Leroy Corcun yeni komandaya tez alışması kimi amillər olduqca önəmli rol oynadılar.
- "İnter”in gümüş medal qazanması necə?
- Çempionatın startında xeyli xal itirən paytaxt təmsilçisinin ümumiyyətlə, medalçılar sırasına düşəcəyinə inanmazdım. Elə futbol ictimaiyyəti də mənimlə eyni fikirdə idi. Lakin Kaxaber Tsxadadzenin yetirmələri inanılmazı gerçəkləşdirməyi bacardı. Hər halda bu cür hadisələrə nadir hallarda rast gəlmək mümkündür. Kollektiv toparlanıb belə burulğandan çıxmağı bacarırsa, buna ancaq alqış düşür.
- Bəs "Neftçi”nin medalçılar sırasına düşməməsini nə ilə izah edərdiniz?
- Problemi özlərində axtarmalıdırlar. Burada kənar qüvvələrin müdaxiləsini axtarmaq lazım deyil. Ardıcıl 3 dəfə qızıl medallara sahib olmuş futbolçular çempionluqdan doyublar. "Ağ-qaralar”da yeni nəfəsə ehtiyac var. Yəqin ki, məşqçi dəyişiklikləri də özü təsirini göstərdi. Lakin bütün problemləri incəliyinə qədər yalnız klub daxilində çalışanlar bilər.
- İlk "üçlüy"ü qapayan "Qəbələ” barədə nə deyə bilərsiniz?
- "Qəbələ”də əla infrastruktur var. Kifayət qədər güclü oyunçular gətirmək üçün də rəhbərlik hər cür şərait yaradıb. Əlbəttə, "Qəbələ” üçün avrokuboklarda debüt ili olduğunu unutmamalıyıq. Ancaq hər bir klubumuz başa düşməlidir ki, daxili çempionatda tutduğu yerin elə də böyük əhəmiyyəti yoxdur. Azərbaycan adına avrokuboklarda vuruşmaq lazımdır. Ümid edirəm hər bir azərbaycanlı, hansı klubun fanatı olmasına rəğmən, avrokuboklarda iştirak edəcək bütün komandalarımıza dəstək olacaq.
- Sonda milli komandamızın ABŞ-la oyunu barədə fikrinizi öyrənmək istəyərdik...
- Dünya çempionatına gedən yığmaya qarşı oynayacağıq. Bu qarşılaşmanın futbolçularımıza xeyri dəyəcək. Bu, artıq Filippin yığması deyil. Baxmayaraq ki, mövsümün sonudur, oyunçuları bu qarşılaşmaya lazımınca kökləməyə çalışacağıq. Ümidvaram ki, ABŞ-dan uğurlu nəticə ilə dönə biləcəyik.