Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. O, sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.