
Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında çıxış edə bilməyəcək.
Sportnet.az xəbər verir ki, K44 kateqoriyası üzrə 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı zədə səbəbindən yarışdan kənarda qalıb.
Bununla da ölkəmiz Oyunlarda 19 deyil, 18 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, Paris Paralimpiadasının açılış mərasimi bu gün keçiriləcək.