1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rio-2016 üçün növbəti bədbəxtlik
Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında yelkənli qayıqlar üzrə idman yarışları üçün nəzərdə tutulan stapel qismən çöküb. Sportnet.az-ın məlumatına görə, dağıntı zamanı heç kim xəsarət almayıb.
Olimpiadanın Təşkilat Komitəsinin mətbuat katibi Filip Uilkinson dağıntılara şənbə günü Rio-de-Janeyroda müşahidə edilən yüksək dalğalar və fırtınanın səbəb olduğunu bildirib. Artıq podratçı ilə əlaqə yaradılıb və dörd günə Marina da Qloriya dənizkarı idman zonasında müvəqqəti strukturun tamamilə təmir ediləcəyi bildirilib.
Qeyd edək ki, olimpiadada yelkənli qayıqlarla yarışlar avqustun 8-də başlayacaq. Turnirin açılış mərasimi isə avqustun 5-də olacaq.