1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kayakçımız yenidən finalda! - YENİLƏNDİ
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı idmançı yarımfinal yürüşündə finişə 1 dəqiqə 57,627 saniyəyə çatıb.
O, yalnız almaniyalı Frantsişka Veberdən 1,112 saniyə geri qalaraq, 2-ci yeri tutub.
Hər iki idmançı ilə yanaşı, finala macarıstanlı Danuta Kozak (1:54.241), danimarkalı Emma Yorgensen (1:55.193), çinli Yu Ju (1:55.311), belaruslu Marina Litvinçuk (1:55.641), yeni zelandiyalı Liza Karrinqton (1:56.155) və rusiyalı Yelena Anyuşina (1:57.229) da yüksəlib.
Qeyd edək ki, həlledici yürüş avqustun 18-də Bakı vaxtı ilə saat 17:11-də başlanacaq.
------
17:45. Kayakçımızın olimpiadada növbəti rəqibləri məlum oldu - YENİLƏNİR
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə yürüşdə finişə 1 dəqiqə 51,750 saniyəyə çatıb.
Bununla da Osipenko-Radomskaya yürüşün qalibi olaraq, yarımfinala adlayıb.
Növbəti mərhələ yürüşü saat 18:17-də start götürəcək. Osipenko-Radomskayanın rəqibləri sloveniyalı Spela Ponomarenko-Yaniç, böyük britaniyalı Reycel Koutorn, CAR təmsilçisi Bricit Ellen Hartli, portuqaliyalı Tereza Portela və almaniyalı Frantsişka Veber olar. Reqlamentə əsasən, yürüşü ilk 2 sırada başa vuranlarla yanaşı, 3 yürüşdə 3-cü yeri tutanlardan ən yaxşı göstəriciyə malik 2 kayakçı finala yüksələcək.