
Azərbaycan təmsilçisi Ninq Jin Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Sportnet.az xəbər verir ki, 1/4 finala qədər irəliləyən legionerimiz bu mərhələdə hindistanlı Arçana Giriş Kamata məğlub olaraq mübarizəni dayandırıb.
O, rəqibinə 3:4 hesabı ilə uduzub.
------------------------------
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.
Sportnet.az xəbər verir ki, yarışın 4-cü günündə stolüstü tennis üzrə 1/8 final mərhələsinin oyunları keçirilib.
Azərbaycan təmsilçisi Ninq Jin perulu Adriana Diazla qarşılaşıb. Rəqibinə 4:1 hesabı ilə qalib gələn legioner idmançımız 1/4 finala yüksəlib.
Təmsilçimizin növbəti rəqibi hindistanlı Arçana Giriş Kamat olacaq.
Qeyd edək ki, Olimpiadada cüdoçumuz Vüqar Talıbov 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.