
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Turki bin Abdulmohsen bin Abdul Latif əl-Şeyx postunu erkən tərk edib.
Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin və növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək.
Üç gün davam edəcək tədbirdə İHİF-in və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov iştirak edəcək.
Aprelin 7-də İcraiyyə Komitəsinin iclası keçiriləcək. Ertəsi gün başlayacaq növbədənkənar Baş Assambleyanın iclasında İHİF-ə prezident seçkisi olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti də olan Turki bin Abdulmohsen bin Abdul Latif əl-Şeyx 2017-ci ildə 4 il müddətinə İHİF prezidenti seçilib. Onun səhhətində yaranan problemə görə postunu tərk etdiyi bildirilir. Bakı şəhəri iki il əvvəl IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.