Azərbaycanı "Minsk 2019" II Avropa Oyunlarında təmsil edən kayakçı Mariya Lorena-Manolitsa yarımfinala yüksəlib.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, rumıniyalı legioner qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə təsnifat yürüşündə finişə 44,750 saniyəyə çatıb. Nəticədə o, öz qrupunda 6-cı olub və ilk "6-lığ"a düşdüyü üçün mərhələ adlayıb.
Qeyd edək ki, bu mərhələnin yürüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.