Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən edilən müraciətlərin sayı açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyindən "Report"a açıqlama verilib. Bildirilir ki, iyulun 22-də Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət edilib. Müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər.
18 yaşlı türkiyəli qiz basketbolçu sol diz oynağının travması ilə müraciət edib, onu Təcili Tibbi yardım briqadası Kliniki Tibbi Mərkəzə çatdırıb. Yardım edildikdən sonra buraxılıb, vəziyyəti normaldır.