
ABŞ Olimpiya Komitəsi yerli idmançılara Pekin-2022 Qış Olimpiya Oyunlarına öz telefonlarını aparmamağı tövsiyə edib.
Sportnet.az xəbər verir ki, qurum bunu haker hücumu təhlükəsi ilə əlaqələndirib.
Bildirilib ki, smartfonlar Çində idmançıların quraşdırmalı olduğu My2022 proqramından istifadə etməklə sındırıla bilər.
Böyük Britaniya, Kanada və Norveç də öz idmançılarına eyni xəbərdarlığı edib.
Qeyd edək ki, Pekin olimpiadası fevralın 4-dən 20-dək keçiriləcək.