Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyində dəyişiklik baş verib.
Sportnet.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə Babək Həmidov mərkəzi arenanın direktoru vəzifəsinə təyin olunub.
O, yeni vəzifədə Şamil Quliyevi əvəzləyib.
Qeyd edək ki, Babək Həmidov idman qurğuları üzrə aparıcı təşkilatçılardan sayılır. Bu sahədə 20 ilədək zəngin təcrübəyə malik B.Həmidovun rəhbərliyi dövründə Qusar, Şəki və Qazax Olimpiya İdman kompleksləri inşa olunub və uğurlu fəaliyyəti ilə seçilib. B.Həmidov son illər Gənclər və İdman Nazirliyinin strukturunda çalışıb.
1951-ci ildə inşa olunmuş Respublika stadionu isə "Neftçi", "Qarabağ" və milli komandanın iştirakı ilə bir sıra tarixi görüşlərə şahidlik edib.