"Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək karate üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportnet.az-ın Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan idmançıları İslamiada baş məşqçi əvəzi Rəhman Hətəmovun, böyük məşqçilər - Şahin Xudaverdiyev, Seymur Hüseynov və Rəşad Hüseynov rəhbərliyi altında çıxış edəcəklər.
Kumitə yarışlarında ümumilikdə 10 karateçi mükafatçılar sırasına düşməyə çalışacaq. Kişilərin mübarizəsində Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84) və Asiman Qurbanlı (+84), qadınlarda isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68) və Fəridə Əliyeva (+68) iştirak edəcəklər.
Kata yarışlarında isə Azərbaycanı Roman Heydərov və Neda Rezai təmsil edəcək.
İslamiadada ölkənin 3 beynəlxalq dərəcəli hakimi - Cahangir Babayev, Yusif Məmmədov və Vüqar Kərimov iş başında olacaq.